KRİMİNAL XRONİKA

Əsas səhifə

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının ...

20.10.2020

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Türkan qəsəbəsindəki evlərin birindən 350 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ş.Əliyeva saxlanılmışdır.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 17-da M.Kərimovun avtomobilindən içərisində 1000 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini C.Səlimov saxlanılmışdır.

Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 10-da rayon ərazisindəki mağazaların birindən 4040 manat dəyərində masaüstü dəstlər və suvenir oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Osmanov saxlanılmışdır.