KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının ...

16.10.2020

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 7-ə keçən gecə rayon ərazisindəki mağazaların birindən mobil telefon oğurlamaqda şübhəli bilinən Ağcabədi rayon sakinləri T.Mehdizadə, R.İbrahimov və Ağdam rayon sakini F.Həsənov saxlanılmışdır.
 
F.Həsənovun ətrafında aparılan tədbirlərlə onun cari il yanvar ayının 18-ə keçən gecə həmin mağazadan 44 ədəd mobil telefon və 1 ədəd noutbuk oğurlaması da müəyyən edilmişdir.