KRİMİNAL XRONİKA

Əsas səhifə

Oktyabrın 15-də saat 21 radələrində ...

15.10.2020

Oktyabrın 15-də saat 21 radələrində Xətai rayonunun Zığ yolu küçəsində Sumqayıt şəhər sakini R.Əşrəfov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Roman Plujnikovu vurmuş və piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
 
Xətai RPİ tərəfindən araşdırma aparılır.

Xəzər RPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 14-də rayon ərazisindəki evlərin birindən 3000 manat və 4000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini O.Mehdiyev saxlanılmışdır.

Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 16-da M.Əliyevin bank hesabından 230 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Ağayeva saxlanılmışdır.