KRİMİNAL XRONİKA

Əsas səhifə

Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə ...

18.10.2020

Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini A.Əliyev oktyabrın 18-də A.M.Şərifzadə küçəsindən “Khazar” markalı avtomobilinə sərnişin qismində əyləşmiş bir nəfərin onun 300 manat dəyərində mobil telefonunu apardığını bildirmişdir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş N.Məmmədov saxlanılmışdır.
 
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün saat 10 radələrində C.Cəfərovun “Nissan” markalı avtomobilindən də eyni üsulla 372 manat dəyərində mobil telefon aparması, habelə 5 nəfəri aldadıb mobil telefonlarını alması, 2  avtomobildən isə mobil telefon oğurlaması da müəyyən edilmişdir. Araşdırma aparılır.

Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini E.Xəlili oktyabrın 16-dan 18-dək olan müddətdə Füzuli küçəsindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirmişdir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini K.Əliyev oktyabrın 18-də S.Vurğun küçəsində avtomobillə birgə saxlanılmışdır.

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Ə.Rüstəmova oktyabrın 4-də Moskva prospektində bir nəfərin ona zor tətbiq edib mobil telefonunu aldığını bildirmişdir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Əliyev müəyyən edilərək saxlanılmışdır.