KRİMİNAL XRONİKA

Əsas səhifə

Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin əməkdaşları...

11.10.2020

Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə oktyabrın 11-nə keçən gecə Müşfiqabad qəsəbəsi ərazisindən Abşeron rayon sakini K.Məmmədovun “Mercedes” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olmuşdur. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmyerlisi N.Güniyev qısa müddətdə müəyyən edilərək Sahil qəsəbəsi ərazisində polis əməkdaşları tərəfindən avtomobillə birgə saxlanılmışdır.
Araşdırma aparılır.

Nizami RPİ-nin 23-cü Polis Bölməsinə oktyabrın 11-də Babək prospektindən Bakı şəhər sakini H.Novruzovun “VAZ-2106” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olmuşdur. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini C.Sadıqov qısa müddətdə müəyyən edilərək rayon ərazisində polis əməkdaşları tərəfindən avtomobillə birgə saxlanılmışdır.
Araşdırma aparılır.

Oktyabrın 11-də saat 21 radələrində Xətai rayonunun Əbilov küçəsində Bakı şəhər sakini E.Arzumanlı idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Vüqar Kazımovu vurmuş və piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Xətai RPİ tərəfindən araşdırma aparılır.