KRİMİNAL XRONİKA

Əsas səhifə

Oktyabrın 7-də saat 11 radələrində ...

07.10.2020

Oktyabrın 7-də saat 11 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Elyar Bağırov idarə etdiyi “Niva” markalı avtomobili işıq dirəyinə vurmuş və aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
 
Nizami RPİ tərəfindən araşdırma aparılır. 

Xətai RPİ 34-cü Polis Şöbəsinə oktyabrın 1-ə keçən gecə rayon ərazisindəki köşklərin birindən 300 manat pul və 2200 manat dəyərində tütün məmulatının oğurlanması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri V.Hüseynov və əvvəllər məhkum olunmuş T.Kalbalılı saxlanılmışdır. V.Hüseynovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 2 nəfərlə  birgə daha 2 köşkdən ümumilikdə  2900 manat dəyərində tütün məmulatı və danışıq kartları oğurlaması da müəyyən edilmişdir.
 
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.