KRİMİNAL XRONİKA

Əsas səhifə

Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə oktyabrın 1-nə ...

01.10.2020

Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə oktyabrın 1-nə keçən gecə rayon ərazisindən Göyçay rayon sakini A.İsmayılova məxsus “VAZ-2104” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Qafarov Sabunçu rayonu ərazisində saxlanılmışdır.Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Oktyabrın 1-də saat 20 radələrində Binəqədi rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Həcər Allahverdiyeva vurulmuşdur. Piyada aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür. 
Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.