KRİMİNAL XRONİKA

Əsas səhifə

Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə ...

30.09.2020

Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə müraciət edən Binə qəsəbə sakini N.Cəfərov sentyabrın 30-da saat 1 radələrində “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin N.Cəfərovun evində qonaq olan A.Quliyev tərəfindən qaçırılması müəyyən edilmişdir. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən A.Quliyev həmin gün saat 2 radələrində avtomobillə birgə polis əməkdaşları tərəfindən qəsəbə ərazisində saxlanılmışdır.

Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 7-dən 22-dək olan müddətdə rayon ərazisindəki bağ evlərinin birindən 100 manat dəyərində 2 ədəd samovar və kondisioner, 2 avtomobildən isə maqnitofon, pul və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Abbasov saxlanılmışdır.

Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 26-da rayon ərazisindəki evlərin birindən 10.000 manat, 10.000 ABŞ dolları və 10.000 avro pul olan seyfi oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş K.Sübaddin saxlanılmışdır.

Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini O.Abbaslı sentyabrın 30-da rayon ərazisindən “Hyundai” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.  Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini A.İbrahimov həmin gün polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri ərazisində avtomobillə birgə saxlanılmışdır.