KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının ...

29.09.2020

Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında  keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini M.Sultanovdan  “Makarov” markalı tapança, patron sandığı və 5 ədəd patron götürülmüşdür.

Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini H.Şahbazlı saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin gotürülmüşdür. Ətrafında aparılmış tədbirlərlə onun 7 nəfərə məxsus velosipedləri oğurlaması da müəyyən edilmişdir.

Oğurluq etdiyinə görə tutulmuş S.Mustafayevin və M.İsrafilovun ətraflarında Suraxanı RPİ 33-cü PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların bir evdən oğurluğa cəhd, 5 evdən isə pul və qızıl-zinət əşyaları oğurlamaları da müəyyən edilmişdir.