KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə ...

28.09.2020

Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə sentyabrın 28-də saat 5 radələrində Bakı şəhər sakini Emrah Mustafazadənin bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə məlumat daxil olmuşdur.Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və 19-cu Polis Şöbəsi əməkdaşlarının  keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Əliyev saxlanılaraq istintaqa təhvil verilmişdir.Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Oğurluq etdiyinə görə tutulmuş S.İsmayılovun ətrafında Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun daha 3 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Anar Ələsgərovdan “Revol-B-1” markalı naqan tipli tapança və 2 ədəd patron aşkar edilərək götürülmüşdür.