KRİMİNAL XRONİKA

Əsas səhifə

Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə ...

27.09.2020

Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə müraciət edən paytaxt sakini M.Əhmədov mayın 4-nə keçən gecə rayon ərazisindən “VAZ-2106” markalı avtomobilinin  qaçırıldığını bildirmişdir. Avtomobil həmin gün M.X.Şərifli küçəsində tapılmışdır. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Bəndəlizadə müəyyən edilərək saxlanılmışdır.

Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Fatmayı bağlar sahəsindən 150 metr, Goradil bağlar sahəsindən isə 400 metr Abşeron Telefon Qovşağına məxsus naqili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri P.Fətəliyev və əvvəllər məhkum olunmuş Z.Adgözəlov saxlanılmışlar.

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş R.Abdulovdan nömrəsi silinmiş “Smit-Vesso-1” markalı revolver tipli tapança götürülmüşdür.

Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Z.Əsgərov cari il iyulun 10-da “Volkswagen” markalı avtomobilini rayon ərazisindəki  avtomobillərin təmiri sexində ustaya verdiyini və sentyabrın 25-də usta tərəfindən qaçırıldığını  bildirmişdir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Lənkəran rayon sakini N.Əsədov sentyabrın 27-də rayon ərazisində avtomobillə birgə saxlanılmışdır.

Sentyabrın 28-də saat 1 radələrində Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində qəsəbə sakini F.Ağamalıyevin idarə etdiyi “BMW” markalı və Pirallahı qəsəbə sakini Yaşar Nəsibovun idarə etdiyi “Oka” markalı avtomobillər toqquşmuşdur. Nəticədə Y.Nəsibov aldığı xəsarətlərdən hadisə yerində ölmüş, F.Ağamalıyev xastəxanaya yerləşdirilmişdir.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.