KRİMİNAL XRONİKA

Əsas səhifə

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları ...

26.09.2020

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan restoran aşkar edilib. Ş.Kamilov küçəsində yerləşən “Olympus” PUB restoranında sanitar-epidemioloji qaydaları pozan 3 işçi və 5 müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokollar tərtib olunub. Sahibkarlıq obyektinin rəhbəri, xidmət personalı və müştəriləri karantin rejimi qayda və tələbləri barədə məlumatlandırılıb.
 
Oğurluq etdiyə görə tutulmuş V. Seyidovun ətrafında Sabunçu RPİ  13-cü Polis Bölməsi əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki evlərin birindən 2800 ABŞ dolları, 300 manat pul və velosiped  oğurlaması da müəyyən edilmişdir.

Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zabrat qəsəbəsindəki evlərin birindən 800 manat dəyərində velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Babayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür. 

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 23-də metronun “20 Yanvar” stansiyasının keçidində yerləşən mağazaların birində  2 satıcının mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini R.Xubalıyeva saxlanılmışdır.
Araşdırmalarla onun Sumqayıt ŞPİ tərəfindən Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə axtarışda olması müəyyən edilmişdir.

Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə sentyabrın 26-da saat 3 radələrində Biləcəri qəsəbəsi ərazisindən E.Allahverdizadəyə məxsus “VAZ-2121” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Salyan rayon sakini P.Əliyev həmin gün Salyan rayon ərazisində avtomobillə birgə saxlanılmışdır. Binəqədi RPİ tərəfindən araşdırmalar aparılır.