KRİMİNAL XRONİKA

Əsas səhifə

Sentyabrın 24-də saat 12 radələrində Suraxanı rayonunun ...

25.09.2020

Sentyabrın 24-də saat 12 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində 61 yaşlı Tamella və 88 yaşlı Simuzər Cavadovaların qətlə yetirilmiş meyitlərinin yaşadıqları evdə tapılması barədə 33-cü Polis Bölməsinə daxil olmuş məlumatla əlaqədar dərhal əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir.
 
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 33-cü PB əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində bu cinayəti törətməkdə şübhəli bilinən S.Cavadovanın nəvəsi S.Mustafayev müəyyən edilərək tutulmuşdur.
 
Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə sentyabrın 23-də rayon ərazisindəki parkların birində 2 nəfərin Bakı şəhər sakini K.Dostuməliyevə zor tətbiq edərək 100 manat pulunu və 681 manat dəyərində “Topaz” kuponunu alması barədə məlumat daxil olmuşdur.
 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuş Ç.Nəsirov və S.Hüseynzadə müəyyən edilərək saxlanılmışlar.
 
Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə sentyabrın 23-də saat 9 radələrində C.Hacıbəyli küçəsində Bakı şəhər sakinləri G.Həsənovaya məxsus “Chevrolet” və A.Mahmudova məxsus “Hyundai” markalı avtomobillərin alın şüşələrinin sındırılması və kapot hissələrinin əzilməsi barədə müraciət daxil olmuşdur.  
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş M.Əsədullayev müəyyən edilərək saxlanılmışdır.
 
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Xəzər RPİ-nin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xəzər rayonu ərazisində 3 evdən  noutbuk, mobil telefon, velosiped, 3000 manat pul, televizor,  kondisioner, həmçinin “Audi” markalı bir avtomobildən 3700 manat pul oğurlamaqda şübhəli bilinən Şərur rayon sakinləri. əvvəllər məhkum olunmuş V.Seyidov və M.Abdullayev müəyyən edilərək saxlanılmışlar.