KRİMİNAL XRONİKA

Əsas səhifə

Sentyabrın 22-də saat 22 radələrində Sabunçu rayonunun ...

23.09.2020

Sentyabrın 22-də saat 22 radələrində Sabunçu rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Y.Səmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 18-20 yaşlı kişini vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
 
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Sentyabrın 22-də saat 20 radələrində Suraxanı rayonunun H.Əliyev prospektində İlqar Mehdiyevin idarə etdiyi “Mercedes” markalı minik və N.Abdullayevin idarə etdiyi “Mercedes” markalı yük avtomobilləri toqquşmuşdur. Nəticədə İ.Mehdiyev aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
 
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mərdəkan qəsəbə sakini D.Əkbərovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 9 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə sentyabrın 22-də Xocəsən qəsəbəsində yaşayan R.Süleymanovun evinə keçmiş həyat yoldaşının rayon İcra və Probasiya şöbəsinin əməkdaşları ilə birlikdə əşyalarını götürmək üçün gəlməsinə etiraz əlaməti olaraq xuliqanlıq zəminində tüfəngdən havaya və evin pəncərəsinə atəş açaraq hadisə yerini tərk etməsi barədə məlumat daxil olmuşdur.
 
Əməliyyat-axtarış tədbirləri ilə R.Süleymanov polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ondan hadisədə istifadə etdiyi müvafiq sənədləri olan “MR-155” markalı ov tüfəngi götürülmüşdür.

Səbail RPİ 9-cu PB və Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 17-də Səbail rayonu ərazisindəki mağazaların birindən 1000 manat və 3000 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən Naftalan şəhər sakini B.İsmayılov, Sumqayıt şəhər sakini F.Kərimov və Şamaxı rayon sakini N.Rəhimov saxlanılmışlar.

Nəsimi RPİ 20-ci PB-nə müraciət edən Abşeron rayon sakini S.Həmidov sentyabrın 20-də rayon ərazisindəki yarmarkaların birində bir nəfərin onun 100 manatını açıq talama yolu ilə aldığını bildirmişdir.
 
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş B.Rüstəmov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır.