KRİMİNAL XRONİKA

Əsas səhifə

Sentyabrın 14-də saat 13 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində ...

15.09.2020

Sentyabrın 14-də saat 13 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini R.Həmidli idarə etdiyi “QAZ-31” markalı avtomobillə yolu keçən paytaxt sakini Svetlana Paşayevanı vurmuşdur. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür.
 
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Oğurluq etdiyinə görə tutulmuş N.Musayevin ətrafında Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun 5 nəfərin çantalarından pul, sənəd, qızıl-zinət əşyaları və mobil telefon oğurlaması da müəyyən edilmişdir.

Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə  sentyabrın 12-də saat 23 radələrində rayon ərazisindəki parkların birində Bakı şəhər sakini olan bir azyaşlının mobil telefonunun açıq talama yolu ilə əlindən alınması barədə müraciət daxil olmuşdur.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini İ.Babayev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır.

Nizami RPİ 24-cü PŞ və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində B.Qasımova və İ.Əliyevə məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Novruzov saxlanılmışdır.