KRİMİNAL XRONİKA

Əsas səhifə

Sentyabrın 11-də saat 17 radələrində, Binəqədi qəsəbəsi ərazisində ...

14.09.2020

Sentyabrın 11-də saat 17 radələrində, Binəqədi qəsəbəsi ərazisində qəsəbə sakini Z.İsrafilov idarə etdiyi “MAN” markalı avtomobillə yolu keçən Biləcəri qəsəbə sakini Fuad Ağayevi vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır. 

Sentyabrın 11-də saat 23 radələrində Nizami rayonu ərazisində Bakı şəhər sakini O.Həsənov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən 30-35 yaşlarında kişini vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.
 
Nizami RPİ tərəfindən araşdırma aparılır.

Oğurluq etdiyinə görə tutulmuş E.Qocayevin ətrafında Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Nizami rayonu ərazisində daha 5 nəfərə məxsus velosipedləri oğurlaması da müəyyən edilmişdir.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən içərisində 1000 manat, 4500 ABŞ dolları və 20000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi oğurlamaqda  şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Allahverdiyev saxlanılmışdır.

Qaradağ RPİ-nin əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş İ.İsmayılovun Lökbatan qəsəbəsində yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həyətindəki qarajdan “Makarov” markalı tapança və 5 ədəd patron aşkar edilərək götürülmüşdür.

Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində R.Mənsumova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini V.Məmmədov saxlanılmış, daha 1 nəfər isə müəyyən edilmişdir. Araşdırmalar zamanı onların avtomobilin hissələrini sökmələri və avtomobili yandırmaları müəyyən edilmişdir.