KRİMİNAL XRONİKA
Əsas səhifəİyulun 4-də saat 01 radələrində Nərimanov rayonu ...
04.07.2020
İyulun 4-də saat 01 radələrində Nərimanov rayonu Z.Bünyadov prospektində Quba rayon sakini Z.Abbasov idarə etdiyi “Shacman” markalı avtomobillə yolu keçən 30-40 yaşlı kişini vurmuşdur. Piyada hadisə yerində ölmüşdür.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.
Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 15-də rayon ərazisindəki evlərin birindən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü - Bakı şəhər sakini O.Süleymanlı saxlanılmışdır.
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 2-də Biləcəri qəsəbəsindəki qəbristanlıqdan məzarların ətrafına çəkilmiş dəmir barmaqlıqları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Məhərrəmov və Abşeron rayon sakini F.Bayramov saxlanılmışlar.
Nəsimi RPİ-yə müraciət edən Bakı şəhər sakini E.Xəlilov iyulun 4-də rayon ərazisindən “KİA” markalı avtomobilinin qaçırıldığını bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ə.Məmmədov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır. Nəsimi RPİ tərəfindən araşdırma aparılır.