KRİMİNAL XRONİKA

Əsas səhifə

İyulun 1-də saat 20 radələrində Xəzər rayonunun ...

01.07.2020

İyulun 1-də saat 20 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Qaraxanov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən velosipedçi, paytaxt sakini Elvin Heybətovu vurmuş və o, aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 10-da rayon ərazisindəki mağazaların birindən 1899 manat dəyərində fotoaparat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Qasımov saxlanılmışdır.