KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri ...

30.06.2020

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 25-də Ağcabədi rayon sakini R.Bəbişovu döyüb mobil telefonunu və pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Əzimov saxlanılmışdır.

Səbail RPİ 41-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 19-da Badamdar qəsəbəsindəki evlərdən birinin həyətindəki yardımçı təsərrüfatdan 23.000 manat dəyərində mebel oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini E.Məmmədov saxlanılmış, daha 1 nəfərin isə şəxsiyyəti müəyyən edilmişdir.

Polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini F.Mehdiyeva mərhum atasından qalmış “Makarov” markalı tapançanı və 8 ədəd patronu könüllü olaraq Xətai RPİ-nin 35-ci Polis Bölməsinə təhvil vermişdir.