KRİMİNAL XRONİKA

Əsas səhifə

İyunun 16-da paytaxtın Nizami rayonu ərazisində ...

25.06.2020

İyunun 16-da paytaxtın Nizami rayonu ərazisində yaşayan Nazim Musayevin evdən çıxaraq geri qayıtmaması barədə 25-ci Polis Şöbəsinə müraciət daxil olmuşdur. Müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş və itkin düşmüş N.Musayevin iyunun 17-də Beyləqan rayonunun Yuxarı Aran kəndi ərazisində tanışı, Bakı şəhər sakini Z.Seyidov tərəfindən küt alətlə qətlə yetirilərək basdırılması müəyyən edilmişdir.
Əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Z.Seyidov polis əməkdaşları tərəfindən saxlanılmışdır.   N.Musayevin meyiti Yuxarı Aran kəndinin ərazisində eksqumasiya edilmişdir.
 
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanmışdır.
 
Beyləqan rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Binəqədi RPİ 43-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əsədzadə saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 274 qram heroin və elektron tərəzi aşkar edilərək götürülmüşdür.