KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

27.05.2020

Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş B.Əhmədovdan 1 kiloqram 65,706 qram heroin götürülmüşdür.

Oğurluq etdiyinə görə tutulmuş H.Məmmədovun ətrafında Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Nəcəfovla birgə mayın 5-də rayon ərazisindəki mağazaların birindən 400 manat pul, 812 manat dəyərində tütün məmulatı və danışıq kartları oğurlaması da müəyyən edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Nəcəfov da saxlanılmışdır.

Sabunçu RPİ 14-cü PB-nin əməkdaşları tərəfindən Maştağa qəsəbə sakini, əvvəllər məhkum olumuş Ə.Cavadovun həyətindəki istixanadan kultivasiya yolu ilə yetişdirilmiş 25 ədəd çətənə kolu və 495 qram marixuana aşkar edilərək götürülmüşdür.