KRİMİNAL XRONİKA

Əsas səhifə

Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri...

04.04.2020

Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar-mart aylarında Buzovna qəsəbəsindəki marketlərin birindən 1600 manat dəyərində spirtli içki oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Bayramov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülmüşdür.

Daxil olmuş məlumat əsasında Sabunçu RPİ 42-ci PB əməkdaşlarının Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş V.Babayevə məxsus bağ evinin həyətində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş qardaşı tərəfindən gizlədilmiş lüləsi və qundağı kəsilmiş “Toz-B” markalı tüfəng aşkar edilərək götürülmüşdür.