KRİMİNAL XRONİKA

Əsas səhifə

Aprelin 2-də saat 23 radələrində Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini...

03.04.2020

Aprelin 2-də saat 23 radələrində Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini Ş.Əliyevin idarə etdiyi “Chrysler” markalı avtomobilin qaçırılması barədə 21-ci Polis Bölməsinə məlumat daxil olmuşdur. DİN-in Təhlükəsiz Şəhər Xidməti, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsi və Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş A.İbrahimov avtomobillə birgə saxlanılmışdır. Araşdırma aparılır.