KRİMİNAL XRONİKA

Əsas səhifə

Oğurluq etdiyinə görə tutulmuş N.Əliyevin ətrafında Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən...

01.04.2020

Oğurluq etdiyinə görə tutulmuş N.Əliyevin ətrafında Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində 2 evdən pul, su qızdırıcısı və məişət əşyaları, bir həyətyanı sahədən isə velosiped oğurlaması da müəyyən edilmişdir.

Suraxanı RPİ 30-cu və 32-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş B.Məlikovdan çəkisi 3,2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində fəaliyyət göstərən tədris mərkəzindən 1000 manat dəyərində 2 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən B.Hənifəyev saxlanılmışdır.