KRİMİNAL XRONİKA

Əsas səhifə

Martın 30-na keçən gecə Səbail rayonu ərazisindəki mağazaların birindən 2000 manat dəyərində...

30.03.2020

Martın 30-na keçən gecə Səbail rayonu ərazisindəki mağazaların birindən 2000 manat dəyərində 21 ədəd mobil telefonun oğurlanması barədə 9-cu Polis Bölməsinə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Həsənov saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun həmin gecə digər bir gözəllik salonundan oğurluğa cəhd göstərməsi də müəyyən edilmişdir. 

Xətai RPİ 37-ci PŞ  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 3000 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Nəsirova saxlanılmışdır.

Nəsimi RPİ 22-ci Polis Şöbəsi və Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində 4 mağazadan 4 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş M.Cavadov və 2 qardaşı saxlanılmışlar.
Ətraflarında aparılmış tədbirlərlə onların Bakı şəhər sakini olan bir nəfərin 1455 manat dəyərində noutbukunu oğurlamaları da müəyyən edilmişdir.

Oğurluq etdiyinə görə tutulmuş F.Kərimovun ətrafında Bakı ŞBPİ–nin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun xətt avtobusunda sərnişinlərdən birinin cibindən mobil telefonunu oğurlaması da müəyyən edilmişdir.

Martın 29-da Bakı şəhər sakini R.Qurbanovun “VAZ-21014” markalı avtomobilinin paytaxtın Nizami rayonu ərazisindən qaçırılması barədə 24-cü Polis Şöbəsinə məlumat daxil olmuşdur. DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı ŞBPİ DYPİ, 24-cü PŞ və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini R.İsmayılov və Cəlilabad rayon sakini T.Fərəcov Nərimanov rayonu ərazisində avtomobillə birgə saxlanılmışlar. Araşdırma aparılır.