KRİMİNAL XRONİKA

Əsas səhifə

Suraxanı RPİ 33-cü PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

31.03.2020

Suraxanı RPİ 33-cü PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini S.Məmmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mərdəkan qəsəbəsi ərazisindəki bağ evlərinin birindən 49.000 manat oğurlamaqda şübhəli bilinən, orada gözətçi işləyən Astara rayon sakini, əvvəllər məhkum olunmuş R.Rəhmanov saxlanılmışdır.