KRİMİNAL XRONİKA

Əsas səhifə

Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri ...

29.03.2020

Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 17-də N.İbrahimovun işlədiyi kafedən 157 manatını soyğunçuluq yolu ilə aparmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Adışirinov saxlanılmışdır.

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 1 mağazadan 6 ədəd mobil telefon, 2 avtomobildən 2 ədəd videoqeydiyyat qurğusu oğurlamaqda, habelə 1 avtomobildən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – R.Məmmədov və V.Cavadov saxlanılmışlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların daha 4 avtomobildən pul, mobil telefon və yan güzgülərini oğurlamaları da müəyyən edilmişdir.

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 1000 manat dəyərində 27 ədəd qol saatı, suvenirlər, gül dəstləri, 2400 manat dəyərində gül və digər əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş O.Abdullayev saxlanılmışdır.

Martın 26-da saat 23 radələrində naməlum şəxslərin paytaxt sakinləri İ.Rəhimovanın və qohumu R.Şahbazovanın evlərinin pəncərə şüşələrini sındırmaları barədə Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə məlumat daxil olmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlıq zəminində bu əməli törətməkdə şübhəli bilinən Y.Səmədov və qardaşı saxlanılmışlar. Davam etdirilən tədbirlərlə Y.Səmədovun evinin həyətindən müvafiq sənədləri olmayan “İJ” markalı tüfəng və 2 ədəd patron da aşkar edilərək götürülmüşdür.