KRİMİNAL XRONİKA

Əsas səhifə

Martın 28-də saat 7 radələrində Sabunçu rayonunun ...

28.03.2020

Martın 28-də saat 7 radələrində Sabunçu rayonunun H.Əliyev prospektində Bakı şəhər sakinləri Ə.Əhədov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən E.Quliyevin idarə etdiyi “Ford” markalı yük avtomobilinə vurmuşdur. Nəticədə “Mercedes”dəki sərnişinlərindən İmran Qasımov, Həbib Hüseynov hadisə yerində ölmüş, sürücü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilmişlər.     Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
 
Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 4-də rayon ərazisindəki mağazaların birindən 200 ABŞ dolları və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov saxlanılmışdır.

Nərimanov RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini R.Əmirov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 39 qramdan artıq qurudulmuş marixuana, kirayədə yaşadığı evdən isə 59 qramdan artıq metamfetamin, 492 qram pereqabalin, 10 qrama yaxın heroin və metilendioksimetamfematin aşkar edilərək götürülmüşdür.