KRİMİNAL XRONİKA

Əsas səhifə

Sentyabrın 10-da Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisindəki...

10.09.2017

Sentyabrın 10-da Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisindəki yaşayış binalarının birindəki liftin əyləc dolağı oğurlanıb. Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən qəsəbə sakini Renat Ələkbərov tutulub. Ətrafında aparılan tədbirlərlə onun avqustun 31-dən sentyabrın 11-dək olan müddətdə qəsəbə ərazisində daha 3 liftin əyləc dolaqlarını oğurlaması da müəyyən edilib.