KRİMİNAL XRONİKA

Əsas səhifə

Avqustun 14-də Yasamal rayonu ərazisində Abşeron rayon sakini...

19.08.2017

Avqustun 14-də Yasamal rayonu ərazisində Abşeron rayon sakini Elnur Musayev Bakı şəhər sakini Elgün Əhmədovu (ad şərtidir) şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib 3600 manat pulunu alıb. Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə E.Musayev saxlanılıb.

Xətai RPİ-nin əməkdaşları tərəfindən Sumqayıt şəhər sakini Kamran Baxşiyevdən 920 qram marixuana götürülüb.

Avqustun 19-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində ticarət mərkəzlərindən birindəki kafedə Lənkəran rayon sakini Tamerlan Ağazadəyə məxsus mobil telefonu oğurlamağa cəhd göstərmiş Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Sehran Əhədov Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 10-cu PB-yə təhvil verilib.