KRİMİNAL XRONİKA

Əsas səhifə

Avqustun 13-də saat 4.00 radələrində Nərimanov rayonu ərazisində kirayədə yaşayan...

13.08.2017

Avqustun 13-də saat 4.00 radələrində Nərimanov rayonu ərazisində kirayədə yaşayan Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Hacıyev münaqişə zəminində otaq yoldaşı, Gəncə şəhər sakini Orxan Mustafayevə küt alətlə çoxsaylı xəsarət yetirib. Əlahiddə Çevik Polis Alayı və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hacıyev tutulub. Onun Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Avqustun 11-də Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində qəsəbə sakinləri Razi Əliyevin idarə etdiyi “Shacman” və Elvin Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən E.Məmmədov avqustun 13-də orada ölüb. Qaradağ RPİ tərəfindən araşdırma aparılır.