KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xəzər RPİ 1-ci PB əməkdaşlarının...

12.08.2017

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 11-də rayonun Buzovna qəsəbəsindəki evlərdən birinə açıq qalmış qapıdan girib orada xadimə işləyən qadının əllərini və ayaqlarını kəmərlə bağlayıb seyfdən 75.000 manat, 11.000 ABŞ dolları, habelə 200.000 manat dəyərində qızıl əşyalar və “Vinçestr” markalı tüfəng aparmaqda şübhəli bilinən paytaxt sakini Elvin Piriyev tutulub. Şəxsiyyəti müəyyən edilən daha 3 nəfərin tutulması istiqamətində tədbirlər görülür.

Xəzər RPİ əməkdaşları tərəfindən Bakı şəhər sakinləri Seyran Şahbazovdan və Həbib İbrahimovdan müvafiq olaraq 705 qram və 305,11 qram heroin götürülüb.

Avqustun 3-də Bakı şəhər sakini olan bir qadının 318 manat pulunu bankomatdan oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini Murad Əliyev Nərimanov RPİ 18-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb. Avqustun 11-də Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən Cəbrayıl rayon sakini Allahyar Hüseynovun idarə etdiyi “London Taxi” markalı avtomobili qaçırılıb. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rantik Quliyev tutulub, avtomobil Baksol yaşayış sahəsində tapılıb.