KRİMİNAL XRONİKA

Əsas səhifə

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri...

04.08.2017

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 1-də Ramal Rzayevin 973 manatını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən qrupun digər üzvü – Bakı şəhər sakini Əmirbəy Ağamalıyev tutulub.

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  cari il iyunun 6-dan avqustun 3-dək olan müddətdə rayon ərazisindəki evlərdən birindən 2000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən həmin evdə usta işləyən paytaxt sakini Elvin Zəkiyev tutulub.

İyulun 9-da Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində 6 ədəd yerüstü işıq spotunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Pərviz Sadıqov Xəzər RPİ 1-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Avqustun 3-də Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisindəki avtomobillərin təmiri sexlərindən birində, orada işləyən qəsəbə sakini Rasim Abuşovun 80 manatını oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini Kamran Məmmədov Qaradağ RPİ 38-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb.

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Ramal Qəhrəmanovun və Emil Bədəlovun ətraflarında Qaradağ RPİ 11-ci PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların aprelin 13-dən iyulun 30-dək olan müddətdə rayon ərazisində 9 avtomobildən akkumulyator və təkər oğurlamaları da müəyyən edilib.

Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 19-da rayon ərazisindəki həyətyanı sahələrdən birindən 3 baş qoyun oğurlamaqda  şübhəli bilinən qrupun digər üzvü – Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseynağa İsmayılov tutulub.  Ondan 0,213 qram heroin götürülüb.  Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə axtarışda olması, aprelin 23-dən iyulun 24-dək olan müddətdə  E.Rüstəmzadənin qızıl sırğasını soyğunçuluq yolu ilə alması, Xətai rayon Telefon Qovşağına məxsus 45 metr telefon kabelini,  həmçinin 2 evdən pul və qızıl əşyalar, təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib.

Cari il iyulun 12-də Yasamal rayonu ərazisində Bakı şəhər sakini Elşən Mehrəliyevin “Ford” markalı avtomobilindən mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini Cavidan Əliyev 29-cu PB-nin əməkdaşları tərəfindən saxlanılıb.