KRİMİNAL XRONİKA

Əsas səhifə

İyulun 29-da saat 23 radələrində Sabunçu qəsəbəsinin ərazisində Bakı şəhər sakini Aqşin Əliyev idarə etdiyi...

29.07.2017

İyulun 29-da saat 23 radələrində Sabunçu qəsəbəsinin ərazisində Bakı şəhər sakini Aqşin Əliyev idarə etdiyi “Jeep” markalı avtomobillə yolu keçən 55-60 yaşlı kişini vuraraq onu eyni istiqamətdə hərəkətdə olan paytaxt sakini Arif Qurbanovun idarə etdiyi “Nissan” markalı avtomobilin altına atıb. Nəticədə həmin şəxs hadisə yerində ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır. 
 
İyulun 28-də metronun Əhmədli stansiyasının platformasında Bakı şəhər sakini Nəzrin Mustafayevanın çantasından mobil telefonu oğurlanıb. Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elman Əliyev tutulub.

İyulun 26-da Binəqədi rayonu ərazisindəki evlərdən birindən 16 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Qurbanəli Əsgərzadə Binəqədi RPİ 40-cı PB-nin əməkdaşları tərəfindən tutulub. 

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il martın 28-də rayon ərazisindəki evlərdən birindən 260 manat pul və 7500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini Əli İsmayılov tutulub. 

Suraxanı RPİ 31-ci PB-nin əməkdaşları tərəfindən Yeni Suraxanı qəsəbə sakini Asif Rzayevdən 7,845 qram, evinə baxış zamanı isə əlavə olaraq 230,015 qram heroin aşkar edilərək götürülüb.