KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Səbail RPİ 41-ci PB əməkdaşlarının keçirdikləri...

28.07.2017

Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Səbail RPİ 41-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 26-da rayon ərazisindəki mağazalardan birindən içərisində 18000 manat pul olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nizam Cavadzadə tutulub, bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Xətai RPİ əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xaçmaz rayon sakini Mübariz Novruzinin idarə etdiyi “Daevoo” markalı avtomobilə baxış zamanı oradan 310,245 qram  heroin və 3,959 qram marixuana aşkar edilərək götürülüb. 

Narkotik vasitə ilə tutulan Ramil Hüseynovun ətrafında Nərimanov RPİ 17-ci PB əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun may-iyun ayları ərzində rayon ərazisində 3 avtomobildən pul, planşet və mobil telefon oğurlaması da müəyyən edilib.

İyulun 28-də saat 3.07 radələrində Nərimanov rayonu H.Əliyev prospektindəki apteklərdən birindən Nərimanov Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Dərhal hadisə yerinə gələn RMİ-nin əməkdaşları tərəfindən oradan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Ağdam rayon sakini olan bir yeniyetmə saxlanılaraq 16-cı Polis Bölməsinə təhvil verilib.

İyulun 28-də saat 1.00 radələrində Binəqədi rayonu Azadlıq prospektində Abşeron rayon sakini Şamxal Əhmədov idarə etdiyi “Volksvagen” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Kamran Abdullayevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.