KRİMİNAL XRONİKA

Əsas səhifə

Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

26.07.2017

Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 20-də rayon ərazisindəki evlərdən birindən 500 manat dəyərində qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Gündüz Zamanzadə və Kamran Musayev tutulublar. 

Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 23-də rayon ərazisindəki evlərdən birindən 3 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Fikrət Quliyev və bir yeniyetmə tutulublar.

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 22-də rayon ərazisindəki evlərdən birindən 6000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Qismət Nəsibov və Ağdam rayon sakini Elşad Hüseynov tutulublar.

Narkotik vasitə ilə tutulan Ceyhun Məmmədovun ətrafında Nərimanov RPİ 17-ci PB əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun iyulun 1-dən 15-dək olan müddətdə rayon ərazisində 7 həyətyanı sahədən velosiped oğurlaması da müəyyən edilib.

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 23-də rayon ərazisindəki kafelərdən birindən 342 manat və gümüş boyunbağı oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini Məhəmməd Babayev saxlanılıb. 

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 25-də rayon ərazisindəki mağzalardan birindən 1500 manat və  tütün məmulatı oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini olan bir yeniyetmə tutulub.

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 21-də bir qadının içərisində 300 manat, mobil telefon, bankomat kartları və açar olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakinləri Rüfət Əhmədov və Məhəmməd Şabanov tutulublar.

Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 24-də rayon ərazisində 4 avtomobildən pul, akkumulyator, mobil telefon, səsgücləndiricilər və təmir-tikinti aləti oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nəcəf Hüseynov tutulub.

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 17-də Tural Quliyevin 170 manat pulunu və 2 ədəd mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli biliən qrupun digər üzvləri – Sabirabad rayon sakini Röyal  Şibliyev, Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Elməddin Əhmədov və Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Mirheydər Kərimov tutulublar.