KRİMİNAL XRONİKA

Əsas səhifə

İyulun 19-na keçən gecə DİN-in "102 Zəng Mərkəzi"nə Qobustan qəsəbəsi ərazisində avtomobili qaçırılması barədə məlumat daxil olub...

19.07.2017

İyulun 19-na keçən gecə DİN-in "102 Zəng Mərkəzi"nə Qobustan qəsəbəsi ərazisində avtomobili qaçırılması barədə məlumat daxil olub.Məlumatla əlaqədar hadisə yerinə gələn Qaradağ RPİ 11-ci Polis Bölməsinin əməkdaşlarından ibarət əməliyyat qrupu müvafiq araşdırmalar aparıblar. Məlum olub ki, saat 1.00 radələrində Nəsimi rayonu ərazisində Balakən rayon sakini Elçin Dəmirovun idarə etdiyi "Opel" markalı avtomobilə sərnişin qismində oturan naməlum şəxs Qobustan qəsəbəsinə gedəcəyini bildirib. Qəsəbə ərazisinə çatanda həmin şəxs ona pul verməli olan bir nəfərin başqa bir avtomobildə gözlədiyini deyib, içkili olduğundan özünün düşə bilməyəcəyini, sürücüdən pulu həmin adamdan götürməsini xahiş edib. E.Dəmirov maşından düşən kimi həmin şəxs avtomobili sürərək aradan çıxıb. Aldadıldığını və maşınının qaçırıldığını görən zərərçəkmiş polisə müraciət edib.  Əməliyyat qrupu məlumatı aidiyyatı üzrə ötürüb və maşının saxlanılması üçün təxirəsalınmaz tədbirlərə başlanılıb. Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Şamaxı rayonu ərazisində saxlanılıb, onu qaçırmaqda şübhəli bilinən şəxslə birgə 11-ci Polis Bölməsinin əməkdaşlarına təhvil verilib. Araşdırmalarla onun əvvəllər dəfələrlə məhkum olunmuş Bakı şəhər sakini, Elnur Baxışov olması müəyyən edilib. Faktla əlaqədar Qaradağ RPİ-nin İstintaq şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır. 

İyulun 19-da saat 1.00 radələrində Sabunçu rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Həsən Həsənov idarə etdiyi "Mercedes" markalı mikroavtobusla 40-45 yaşlı kişini vurub və zərbədən həmin şəxs eyni istiqamətdə hərəkətdə olan paytaxt sakini Əhəd Kərimovun idarə etdiyi "Porsche Cayenne" markalı avtomobilin altına düşüb və həmin şəxs hadisə yerində ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.