KRİMİNAL XRONİKA

Əsas səhifə

İyulun 13-də Səbail RPİ-nin 39-cu Polis Bölməsinə müraciət edən yaxınlıqdakı klinikalardan birinin qadın tibb işçisi içərisində 500 manatı olan...

14.07.2017

Baş Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 13-də Mahir Əhmədova və qardaşı Elxana bıçaqla xəsarət yetirib hadisə yerini tərk etməkdə şübhəli bilinən Elşən Məlikov tutulub.

Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 12-də Zamin Səfərovun 170 manat pulunu hədə-qorxu yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini Seyran Cahangirov tutulub. 

Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 13-də Ağasəf Mustafazadəyə məxsus avtomobildən 1411 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Atif Əzizov və Samir Paşayev tutulublar.

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 13-də rayon ərazisindəki mənzillərdən birindən 70 manat pul və 3 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən İsmayıllı rayon sakini Şamil Qarayev tutulub.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 27-də rayon ərazisindəki apteklərdən birindən 118 manat pul oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini Əlisahib Bədəlov tutulub.
 
İyulun 13-də Səbail RPİ-nin 39-cu Polis Bölməsinə müraciət edən yaxınlıqdakı klinikalardan birinin qadın tibb işçisi içərisində 500 manatı olan pulqabısının oğurlandığını bildirib. O, izahatında hadisənin müalicə olunmaq adı ilə müraciət etmiş bir nəfərin otaqda tək qaldığı vaxt ərzində baş verdiyindən şübhələndiyini bildirib.  
39-cu Polis Bölməsinin əməkdaşlarından ibarət əməliyyat qrupu qısa müddətdə həyata keçirdikləri zəruri tədbirlərlə həmin şəxsin xarici görünüşünü müəyyən ediblər. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə şübhəli şəxs yaxınlıqdakı parklardan birində saxlanılaraq Polis Bölməsinə gətirilib.
Araşdırmalarla onun Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş Arif Əliyev olması müəyyən edilib. Tutarlı dəlillər qarşısında o, törətdiyi əməli etiraf edib.
Ətrafında aparılan tədbirlərlə onun cari ilin fevral ayında rayon ərazisindəki rabitə müəssisələrindən birindən eyni yolla oğurluq etməsi də müəyyən edilib. Faktla əlaqədar cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir. 

İyulun 14-də səhər saat 8.00 radələrində DİN-in "102 Zəng Mərkəzi"nə Səbail rayonunun R.Rza küçəsindən "Toyota" markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar Səbail RPİ-nin 39-cu Polis Bölməsinə dəvət olunan zərərçəkmiş Kamran Səlimov izahatında axşam evə qayıdarkən avtomobilini park etmək üçün açarları dayanacağın gözətçisinə verdiyini deyib. Gözətçi isə maşın sahibinin açarı səhər götürməsi üçün yaxınlıqdakı mağazanın satıcısına verdiyini bildirib.
Hadisə yerinə gələn polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. DİN-in Təhlükəsiz Şəhər Xidmətinin texniki imkanlarından istifadə edilməklə avtomobilin Yasamal rayonu istiqamətində getdiyi müəyyənləşdirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil H.B.Zərdabi küçəsində saxlanılmış vəziyyətdə tapılıb. Bir qədər sonra maşına yaxınlaşan 2 yeniyetmə polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq avtomobillə birlikdə  39-cu Polis Bölməsinə gətiriliblər.
Araşdırmalarla onların Bakı şəhər sakini R.T və Mingəçevir şəhər sakini R.Ə. olmaları müəyyən edilib. Onlar törətdikəri əməli etiraf ediblər. Müəyyən edilib ki, iyulun 14-nə keçən gecə saat 4.30 radələrində siqaret almaq üçün Səbail rayonunun R.Rza küçəsindəki mağazaya girən yeniyetmələr satıcının məşğul olmasından istifadə edərək orada olan avtomobil açarını götürüb uzaqlaşıblar və az sonra həmin avtomobili taparaq qaçırıblar. Faktla əlaqədar Səbail RPİ-nin İstintaq şöbəsində araşdırma aparılır.