KRİMİNAL XRONİKA

Əsas səhifə

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

05.07.2017

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lökbatan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Füzuli Hüseynovdan 52,065 qram heroin götürülüb. Onun yaşadığı evə baxış zamanı isə əlavə 1 kiloqram 165 qram heroin aşkar edilərək götürülüb. 

Qaradağ RPİ 38-ci PB-nin əməkdaşları tərəfindən Bakı şəhər sakini Məmməd Mirfətəliyevdən 410 qram marixuana götürülüb.

Sabunçu RPİ 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 4-də rayon ərazisindəki bağ evlərindən birindən 100 manat pul, qızıl və gümüş əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Asif Quliyev tutulub. 

İyulun 5-də saat 3 radələrində Xətai rayonu ərazisində yaşayan Elçin Əliyevin mənzilinə gələn qohumu, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əsəd Abdullayev münaqişə zəminində ev sahibinə bıçaqla xəsarət yetirib. E.Əliyev bıçağı Ə.Abdullayevdən alıb sonuncuya qarın nahiyəsindən xəsarət yetirib.

E.Əliyev Xətai RPİ 34-cü PB-nin əməkdaşları tərəfindən tutulub.

Ə.Abdullayev xəstəxanaya yerləşdirilib. 
Araşdırma aparılır.