KRİMİNAL XRONİKA

Əsas səhifə

İyulun 4-də saat 4 radələrində Yasamal rayonu ərazisindən Bakı şəhər sakini Timur Əlibalayev...

04.07.2017

İyulun 4-də saat 4 radələrində Yasamal rayonu ərazisindən Bakı şəhər sakini Timur Əlibalayev kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib. 
Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən paytaxt sakini Azər Mahmudov tutulub.

Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 3-də rayon ərazisindəki mənzillərdən birindən 570 manat pul, qızıl üzük və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Elnur İsgəndərov və Elgün Hidayətli tutulublar. 

İyulun 4-də Nərimanov rayonu ərazisindəki restoranlardan birində, aşbaz işləyən qadına məxsus, içərisində 1200 manat pul, mobil telefon və sənəd olan çanta oğurlanıb. 
Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mirzə İsmayılov tutulub. Ondan 0,264 qram heroin götürülüb.

Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 1-də Eşqin Nəsibovun mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini Asiman Şahbazov tutulub.