KRİMİNAL XRONİKA

Əsas səhifə

İyulun 3-də Nərimanov rayonunun N.Yusifbəyli küçəsindəki avtoyuma məntəqəsində, orada işləyən Valeh adlı şəxs...

03.07.2017

İyulun 3-də Nərimanov rayonunun N.Yusifbəyli küçəsindəki avtoyuma məntəqəsində, orada işləyən Valeh adlı şəxs Bakı şəhər sakini Seymur Nəcəfova məxsus "VAZ-2106" markalı avtomobili qaçırıb və F.X.Xoyski küçəsində idarə edərkən paytaxt sakini Vahid Əhmədovu vurub avtomobildə hadisə yerini tərk edib. V.Əhmədov xəsarətlə xəstəxanaya yerləşdirilib.
Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Valeh Rəhmanov tutulub.

Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 1-də və 2-də rayon ərazisində vətəndaşlara məxsus 8 velosipedi oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Səbuhi Mirzəyev tutulub.

İyulun 3-də saat 8 radələrində Nəsimi rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Qusar rayon sakini Samir Mehdiyev vurulub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Suraxanı RPİ 30-cu PB əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Binə qəsəbə sakini İbrahim Tağıyevin həyətindən kultivasiya yolu ilə yetişdirilən 800 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

İyunun 29-da saat 1 radələrində Xəzər rayonu ərazisində Bakı şəhər sakini Samir Kərimov idarə etdiyi "VAZ-21043" markalı avtomobillə yolu keçən paytaxt sakini Yuriy Filatovu vurub. Xəstəxanaya yerləşdirilən piyada iyulun 3-də orada ölüb.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.