KRİMİNAL XRONİKA

Əsas səhifə

İyunun 29-da Qaradağ rayonu ərazisindəki "Binə" ticarət mərkəzində Bakı şəhər sakini...

29.06.2017

İyunun 29-da Qaradağ rayonu ərazisindəki "Binə" ticarət mərkəzində Bakı şəhər sakini Nicat İsgəndərovun cibindən 1000 manat pulunu oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Malik Şəfiyev Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq 10-cu PB-yə təhvil verilib.

İyunun 12-də Xəzər rayonu ərazisindəki bağ evlərindən birindən 4 ədəd qapı çərçivəsi və su mühərriki oğurlamaqda şübhəli bilinən Xudat rayon sakini Rüstəm Nurməmmədzadə Xəzər RPİ 1-ci PB-nin əməkdaşları tərəfindən tutulub. 

Sabunçu RPİ 42-ci PB əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlər nəticəsində Nardaran qəsəbə sakini Mirələsgər Babayevə məxsus yardımçı otağa baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilən 7 ədəd çətənə kolu, 2 ədəd kustar üsulla hazırlanan xəncər və 1 ədəd pnevmatik tapança aşkar edilərək götürülüb. 

Suraxanı RPİ 30-cu PB-nin əməkdaşları tərəfindən Əmircan qəsəbəsi ərazisindən 1 ədəd "F-1" qumbarası, 1 ədəd patron darağı və 30 ədəd 7,62 mm. çaplı patron tapılıb. 

İyunun 28-də Xətai rayonu ərazisində 2 yaşlı Rəvan Bəydəmirli yaşadığı mənzilin pəncərəsindən (2-ci mərtəbə) yıxılıb. Uşaq xəstəxanaya yerləşdirilib və iyunun 29-da orada ölüb.