KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

28.06.2017

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Sadıx Sadıxovdan "Brownings Patent" markalı tapança götürülüb. 

Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Zaur Allahverdiyevdən 1, 255 qram marixuana götürülüb. 
Ona narkotik vasitəni satan paytaxt sakini Manaf Ələkbərov müəyyən edilərək tutulub. M.Ələkbərovdan 7 kiloqram 515 qram marixuana götürülüb.

Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 27-də Ş.Qurbanov küçəsindəki mağazalardan birindən qapını sındırmaq yolu ilə 380 manat pul və mobil telefon oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən 4 yeniyetmə tutulub. 

Xətai RPİ 36-cı PB əməkdaşları tərəfindən iyunun 24-də Bakı şəhər sakini Afaq Musayevaya məxsus velosipedi oğurlamaqda şübhəli bilinən paytaxt sakini Almaz Əhmədova saxlanılıb.

İyunun 28-də saat 21 radələrində Xətai rayonunun Zığ yolu küçəsində Masallı rayon sakini Əliağa Məmmədov idarə etdiyi "BMW" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Reyhan Məmmədovanı vurub və nəticədə piyada hadisə yerində ölüb. 
Xətai RPİ tərəfindən araşdırma aparılır.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 27-də rayon ərazisindəki restoranlardan birindən pəncərədən girmək yolu ilə 3600 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aqil Quliyev tutulub.