KRİMİNAL XRONİKA

Əsas səhifə

Kriminal xronika

10.06.2017

İyunun 10-da Nəsimi rayonunun S.Vurğun küçəsində Bakı şəhər sakini Anton Çernov paytaxt sakini olan bir qadının içərisində 829 manat və sənəd olan pulqabısını alıb qaçmağa cəhd göstərərkən Nəsimi RPİ 21-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Səbail RPİ-nin əməkdaşları tərəfindən Bakı şəhər sakini Saleh Xəlilovdan 480 qram marixuana götürülüb.

Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zəngilan rayon sakini Tural Məmmədovdan nömrəsi silinmiş “AKM” markalı silah və 5 ədəd patron götürülüb.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hüseyn Yusifova qarşı dələduzluq etməkdə, habelə 2 avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vasif İsmayılov tutulub.

Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 3-də Zirə qəsəbəsi ərazisində qəsəbə sakini Mehin Zeynalovanı, iyunun 9-da isə digər qəsəbə sakini Nəzrin Hüseynovanı xuliqanlıq zəminində döyməkdə şübhəli bilinən Bakı şəhər sakini Şöhrət Məmmədov tutulub.
Araşdırma zamanı onun həmin qadınların çantalarını soyğunçuluq yolu ilə almağa cəhd göstərməsi müəyyən edildiyindən barəsində Cinayət Məcəlləsinin 29.180-ci (soyğunçuluq etməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.