KRİMİNAL XRONİKA

Əsas səhifə

Mayın 26-da paytaxtın Nizami rayonu R.Rüstəmov küçəsində...

28.05.2017

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 26-da paytaxt sakini L.Nurəliyevanın çantasından 500 manat pul və sənədlər olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Orxan Gözəlli və Ağsu rayon sakini Orxan İmanov tutulublar. Ətraflarında aparılan tədbirlərlə onların aprelin 13-də A.Quliyevanın çantasından mobil telefon oğurlamaları da müəyyən edilib.
 
Mayın 28-də saat 22 radələrində Nərimanov rayonu Ak.H.Əliyev küçəsində Türkiyə vətəndaşı Serkan Sakin Mustafa idarə etdiyi "Volksvagen" markalı avtomobillə yolu keçən Qazax rayon sakini Nərgiz Yolçuyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb. Nərimanov RPİ tərəfindən araşdırma aparılır. 
 
Mayın 26-da paytaxtın Nizami rayonu R.Rüstəmov küçəsində Bakı şəhər sakini Cavanşir Məmmədovun idarə etdiyi "Daevoo" markalı 81 saylı xətt avtobusunun sərnişini, paytaxt sakini Cümşüd Haqverdiyev hərəkətdə olan avtobusun açıq qapısından yıxılıb. Xəstəxanaya yerləşdirilən C.Haqverdiyev mayın 28-də orada ölüb. 
 
Mayın 28-də Xəzər rayonunun Şüvəlan qəsəbəsində Nikolay Qryaznıroja evinin hasarından yıxılması nəticəsində aldığı xəsarətdən xəstəxanaya yerləşdirilib və orada ölüb.