Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Məqsədimiz ictimai təhlükəsizliyin etibarlı təminatıdır

07.11.2018

İctimai təhlükəsizliyin etibarlı təminatı, cinayətlərin prоfilaktikası və açılması diqqət mərkəzindədir. Paytaxt ərazisində əməliyyat şəraitinin izlənilməsində və nəzarətdə saxlanılmasında informasiya- kommunikasiya texnologiyalarının tətbiqi səmərəli nəticələr verir. 
 
Cinayətlərin prоfilaktikasında və açılmasında müasir infоrmasiya tехnоlоgiyalarının tətbiqinin böyük əhəmiyyəti оlub. Baş idarənin və ərazi polis orqanlarının “Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 4.334 hadisə aşkarlanıb. Bu barədə oktyabrın 27-də Bakı Şəhər Baş Polis İdarəsində  cari ilin 9 ayında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsində bildirilib. 
 
Göstəricilər bir daha təsdiq edir ki, mövcud olan kameraların arxiv görüntülərindən istifadə edilməklə 219  bağlı cinayət açılıb. Bununla yanaşı, 57 soyğunçuluq və quldurluq cinayəti törədən 52 qrup, eləcə də 80 mənzil oğurluğuğunda şübhəli bilinən 90 nəfərdən ibarət 39 cinayətkar qrup ifşa olunub. 





Çap et  Çap et