Bakı şəhər Baş Polis İdarəsi

Şəxsiyyət vəsiqəsi

Əsas səhifə

Azərbaycan Respublikası ərazisində Azərbaycan vətəndaşlarının yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması, onların müvafiq şəxsiyyət və qeydiyyat vəsiqələri ilə təmin olunması və qeydiyyatdan çıxarılması qaydaları haqqında

                                                                   MƏLUMAT

«Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında», «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» «Yaşayaış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunlarına və digər normativ hüquqi aktlara əsaslanmaqla Respublika ərazisində vətəndaşlar ərazi polis orqanlarının Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Xidmətləri tərəfindən yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınaraq onlara müvafiq olaraq aşağıda göstərilən xüsusi sənədlər verilir.

1. 16 yaşına çatmamış şəxslərə verilən şəxsiyyət vəsiqəsi (şəkilsiz)
2. 16 yaşından yuxarı şəxslərə verilən şəxsiyyət vəsiqəsi.


Azərbaycan Respublikası vətəndaşlarının ilk dəfə yaşayış yeri üzrə qeydiyyata alınması və onların şəxsiyyət vəsiqəsi ilə təmin olunması zamanı aşağıdakı sənədlər tələb olunur


A) Ərizə-anket (1 və 2 saylı ərizə forması)
B) 16 yaşına  çatmamış  vətəndaşın    doğum haqqında  şəhadətnaməsi və qan qruppu haqqında arayış.
V) 16 yaşına  çatmış  vətəndaşın  göstərilənlərdən  əlavə  gözlərinin   rəngi, boyu haqqında tibbi arayış, bir neqativdən eyni ölçüdə çıxarılmış,  başıaçıq, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.)  yalnıız  öndən   təsvir   edilmiş   görünüşü  olan  25 mm x 30 mm ölçüdə 3 (üç) ədəd rəngli fotoşəkil;
Q) Dövlət rüsumunun ödənilməsi barədə qəbz əgər onlar müəyyən edilmişqaydada dövlət rüsumu ödəməkdən azad ediliblərsə bu faktı təsdiq edən sənədin surəti
Ğ) şəxsiyyət vəsiqəsi alan şəxs evlidirsə, nigahın bağlanması haqqında şəhadətnamə, nigah pozulduqda nikahın pozulması haqqında şəhadətnamə;
Ə) Azərbaycan Respublikası  vətəndaşlığına  qəbul olunmuş  əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən, həmçinin vətəndaşlığa bərpa olunmuş şəxslərdən – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin  verdiyi arayış;
İ) Cəzaçəkmə yerlərindən azadlığa buraxılmış şəxslərdən – bu müəssisələr tərəfindən verilmiş azadlığa buraxılma haqqında arayış;
Z) Dövlət  Reestr  Xidməti   tərəfindən   verilmiş   daşınmaz   əmlakın dövlət reestrindən    çıxarış    və   ya  icarə və ya kirayəyə verənin müvafiq olaraq icarəçi və ya kirayənişin ilə bağladığı icarə və ya kirayə müqaviləsi.

- Yaşayış   sahəsinə   köçmək  üçün  əsas  verən  order  və ya  Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd.
- Vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

Qeyd: Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni  yaşayış  yerinə  gəldikdən sonra 10 (on) gündən gec olmayaraq qeydiyyata alınması  üçün  ərazi polis orqanına  müraciət  etməlidir.  Həmin  şəxslərdən  yeni    yaşayış  yeri  üzrə qeydiyyata alınması üçün yuxarıda göstərilən sənədlərdən əlavə  şəxsiyyət vəsiqəsi  (şəxsiyyət  vəsiqəsi ilə  təmin  olunmayan  şəxslərdən  isə   köhnə nümunəli şəxsiyyəti təsdiq edən sənəd) tələb olunur.
 
Hərbi qulluqçular (müddətli hərbi  qulluqçulardan başqa) yaşayış  yeri   üzrə ümumi qaydada qeydiyyata alınırlar.
 
Mənzillə təmin olunmayan hərbi xidmətdə olan hərbi qulluqçular  və  onların ailə üzvləri  mənzillə  təmin  olunana  qədər  müvafiq  ərazi  polis  orqanının qeydiyyat      və    şəxsiyyət     vəsiqəsi    xidməti    tərəfindən   hərbi   hissə komandanlığının  vəsatəti-məktubu  əsasında  hərbi  hissənin yerləşdiyi yer üzrə qeydiyyata alınırlar.
 
Qeyd: 16 yaşına  çatmış    vətəndaşlar  qeydiyyata   alınmaq   və   ilk   dəfə şəxsiyyət vəsiqəsi almaq üçün ərazi  polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi  xidmətinə   valideynlərindən   biri  və  ya qanuni nümayəndələri ilə birgə müraciət etməlidirlər.
Tam   fəaliyyət    qabiliyyəti  olmayan şəxslər, ruhi xəstələr və əqli cəhətdən zəif    olan   şəxslərin  qeydiyyata  alınması və  şəxsiyyət vəsiqəsi  ilə təmin olunması  üçün sənədləşmə  həmin  şəxslərin  qohumları  və yaxud qanuni nümayəndələrinin  iştirakı  ilə  aparılır.  Belə  şəxslər   ruhi-əsəb  xəstəlikləri dispanserində  və  yaxud  digər  məcburi müalicə müəssisələrində olduqları halda   onlara   şəxsiyyət   vəsiqəsi   həmin   məcburi müalicə ocaqlarından çıxdıqdan sonra verilir.
 

Vətəndaşların şəxsiyyət vəsiqələri aşağıdakı hallarda dəyişdirilməlidir.

1. Vətəndaş şəxsiyyət vəsiqəsini itirdikdə.
- onu harada nə vaxt və hansı şəraitdə itirdiyini göstərməklə dərhal yaşayış yeri   üzrə   qeydiyyatda   olduğu  ərazinin   polis   orqanına  yazılı məlumat verməlidir.  Bu  zaman  şəxsiyyət   vəsiqəsini  itirən  vətəndaş  2  saylı ərizə forması   dolduraraq  onu  25 mm 30 mm ölçüdə 3 (üç) ədəd rəngli fotoşəkil və dövlət rüsumunun ödənilməsi barədə qəbzlə  birlikdə Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi xidmətinə təqdim etməlidir.
Qeyd: Şəxsiyyət vəsiqəsini itirmiş vətəndaşa yeni şəxsiyyət vəsiqəsi verildikdən sonra itirdiyi şəxsiyyət vəsiqəsini taparsa onu polis orqanına təhvil verməlidir.
- şəxsiyyət vəsiqəsinin itirilməsinə görə vəsiqəni itirən şəxslər barəsində inzibati qaydada tədbir görülür. (cərimə edilir).
- şəxsiyyət vəsiqəsi oğurlandıqda vətəndaş bu barədə cinayətin baş verdiyi ərazinin polis orqanına müraciət etməli və həmin orqandan ona verilmiş oğurlanma faktını təsdiq edən arayışı yaşayış yeri üzrə qeydiyyatda olduğu ərazi polis orqanına təqdim etdikdən sonra ona şəxsiyyət vəsiqəsi verilir.
 
2. vətəndaşlar 25-35-50 yaşına çatdıqda.
2 saylı  ərizə   forması,   3 ədəd   rəngli    fotoşəkil   və   dövlət   rüsumunun ödənilməsi    barədə   qəbzi  .  Qeydiyyat   və  Şəxsiyyət Vəsiqəsi xidmətinə təqdim etməlidir.
 
3. Vətəndaşın soyadı, adı, atasının adı, ailə vəziyyəti dəyişdikdə.
-2  saylı   ərizə   forması ilə     birlikdə    Qeydiyyat   Şöbəsi    orqanlarından  verilmiş doğum haqqında şəhadətnamə  və ya nigahın  bağlanması,  yaxud pozulması  haqqında  şəhadətnamə,  vətəndaşın hərbi  vəzifəsi  dəyişdikdə hərbi bilet və ya təhkim şəhadətnaməsini, 3 ədəd rəngli fotoşəkil, və  dövlət rüsumunun  ödənilməsi  barədə  qəbzi. Qeydiyyat  və  Şəxsiyyət Vəsiqəsi xidmətinə təqdim etməlidir.

 
Azərbaycan Respublikası  vətəndaşının olduğu yer üzrə qeydiyyatı

-Mehmanxanaya,   sanatoriyaya,   istirahət evinə,  pansionata,    kempinqə, turist  bazasına, yataqxanaya, xəstəxanaya  və  digər  belə  ictimai  yerlərə gələn   vətəndaş olduğu  yer  üzrə qeydiyyata  alınması  üçün  özü  üçün ərizə-anket (2 saylı əlavə) dolduraraq həmin yerin müdiriyyətinə verməlidir.
Qeyd: Yaşayış   yerindən   kənarda 60 günə qədər olduğu   yer  üzrə qeydiyyata alınan vətəndaşlar polis orqanlarına gəlmirlər,   onların qeydiyyatını olduqları yerin müdiriyyəti həyata keçirir.
- Yaşayış  yerindən   kənarda 60  gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş  həmin  yerə  gəldikdən  sonra  7 gün ərzində  (bazar  və  bayram günləri  istisna  olmaqla)  ərazi  polis  orqanının    qeydiyyat   və   şəxsiyyət vəsiqəsi xidmətinə aşağıdakı sənədləri təqdim etməlidir:
-şəxsiyyət vəsiqəsi;
-ərizə-anket (2 saylı əlavə)
Qeyd: 60  gündən  artıq  olduğu  yer  üzrə   qeydiyyata   alınan   vətəndaşa qeydiyyata alınması  barədə  müvəqqəti  qeydiyyat vəsiqəsi  verilir (12 saylı əlavə).Həmin vəsiqə vətəndaşın şəxsiyyət vəsiqəsi  ilə  birlikdə təqdim edildikdə etibarlıdır.


Əlavə Məlumatlar


-Bakı şəhəri üzrə ərazi polis orqanlarının   qeydiyyat  və şəxsiyyət vəsiqəsi şöbələrində vətəndaşların sənədlərinin qəbulu həftənin 2,3,4 və 5-ci günləri (bazar,   bazar   ertəsi və   bayram günləri  istisna  olmaqla) saat 10-00-dan 13.00-dək  və 15-00-dan  18-00-dək, həftənin 6-cı günləri isə 10-00-dan 13-00-dək həyata keçirilir.
-Səhifədə qeyd olunan və sənədlərin qəbulu  zamanı tələb olunan ərizə formaları (ərizə-anketlər) AR vətəndaşları üçün 1 saylı və 2 saylı  əlavələr onlara qəbul zamanı qeydiyyat  və şəxsiyyət  vəsiqəsi şöbələrində, 60 günədək olduğu yer üzrə qeydiyyata alınan vətəndaşlara  2  saylı əlavə olduqları yerdə verilir.
-Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata  alınmaq  və şəxsiyət və qeydiyyat  vəsiqələri almaq üçün  tələb   olunan   sənədlərin   siyahıları, qəbul günləri və saatları,qeydiyyat   və   şəxsiyyət   vəsiqəsi   xidmətlərində ödənilən  dövlət  rüsumlarının  məbləğləri barədə məlumatlar Xidmətlərin inzibati binalarının qəbul otaqlarının qarşısında görünən yerlərdə asılmış lövhələrdə yerləşdirilmişdir.
-Ərazi polis orqanlarının Qeydiyyat və  Şəxsiyyət Vəsiqəsi Şöbələrində ödənilən dövlət rüsumları nəğd   şəkildə qəbul olunmur, yalız həmin rüsumların ödənilməsi barədə qəbzlər xidmət əməkdaşlarına   təqdim olunmalıdır.
-Qanunvericilikdə edilmiş dəyişikliklər baxımından ərazi polis orqanlarının qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumlarının Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınması işi 2013-cü il aprrel ayının 1-dən dayandırılmışdır.(Bu səlahiyyətlər Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə həvalə olunmuşdur.


Bakı şəhər Baş Polis İdarəsinin
Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi İdarəsi


Sıra №-si
Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği
 
 Azərbaycan Respublikasının vətəndaşlarının şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə
 
 1On  gün müddətində verildikdə və ya dəyişdirildikdə
 5 manat
 2Üç iş günü müddətinə verildikdə və ya dəyişdirildikdə  25 manat
 3Bir iş günü müddətinə verildikdə və ya dəyişdirildikdə 35 manat

  
QEYD: Şəxsiyyət vəsiqəsinin və pasportun itirilməsinə və ya qəsdən korlanmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə əsasən otuz manat miqdarda cərimə edilir.





Çap et  Çap et