“Toyota” markalı avtomobildən səsboğucunu oğurlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb
27.04.2023
Nərimanov rayonu ərazisində “Toyota” markalı avtomobildən 3300 manat dəyərində səsboğucunun oğurlanması barədə polisə məlumat daxil olub.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Ə.Dünyamalıyev və Z.Mədətzadə saxlanılıb, bir nəfərin isə şəxsiyyəti müəyyən olunub.
Araşdırma aparılır.