Əcnəbi vətəndaşın bank hesabından 846.000 rupini oğurlamaqda şübhəli bilinən həmyerlisi V.Bahagat saxlanılıb
18.01.2023
Səbail rayonu ərazisində əcnəbi vətəndaşın bank hesabından 846.000 rupini oğurlamaqda şübhəli bilinən həmyerlisi V.Bahagat saxlanılıb
Yanvarın 17-də Səbail rayonu ərazisində əcnəbi vətəndaşın bank hesabından 846.000 rupinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən həmyerlisi V.Bahagat müəyyən olunaraq Beynəlxalq Hava Limanı ərazisində saxlanılıb. Araşdırma aparılır.