Sabunçu rayonunun Ramana qəsəbəsində yol-nəqliyyat hadisəsi
12.08.2022
Avqustun 12-də saat 17 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakini K.Hüseynovanın idarə etdiyi “Nissan” markalı avtomobillə Füzuli rayon sakini Qismət Əhmədovun idarə etdiyi moped toqquşub. Nəticədə Q.Əhmədov hadisə yerində ölüb.
Sabunçu RPİ-də araşdırma aparılır.